Lionel Messi “Barselona” ilə 5 illik müqaviləyə razılaşıb

İdman 15 iyul 2021, 16:41

“Barselona” kapitanı Lionel Messi ilə yeni müqavilə məsələsində ilkin razılığa gəlib.

Apasport.az saytının məlumatına görə, bu barədə “Diario Sport” xəbər yayıb.

Argentinalı superulduzun daha əvvəl 2 illik saziş bağlaması müzakirə olunurdu. Lakin tərəflər daha uzun müddət işbirliyini davam etdirmək qərarına gəlib. Bildirilir ki, Leo daha 5 il yüksək səviyyədə oynamaq gücündə olduğunu düşünür və bu üzdən yeni 5 illik müqavilənin imzalanması nəzərdə tutulub.

34 yaşlı oyunçu maaşının 50 faiz azaldılmasına da razılıq verib. O, klubun çətin anlar yaşadığını başa düşdüyü və komanda yoldaşlarına nümunə olmaq üçün bu şərtləri qəbul edib. Hazırda müqavilənin son detalları dəqiqləşdirilir. “Barsa” rəhbərliyi iyulun sonlarında Messi ilə yeni sözləşməni rəsmən imzalamağı planlaşdırır.

Futbolçunun sərbəst qalma maddəsi 350 milyon avro təşkil edəcək.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top