Bakıda “XXI əsrdə Tibb və Hüquq” adlı konfrans keçirilib

Hüquq və qanunvericilik 03 iyun 2021, 09:08
31 may-1 iyun 2021-ci il tarixində “İnjuria” hüquq jurnalının və AMEA-NIN Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “XXI əsrdə Tibb və Hüquq” konfransı təşkil olunub.

Karvannews xəbər verir ki, iki gün ərzində Azərbaycan, Türkiyə və İrandan 20-dən çox spiker ən müxtəlif mövzular və təqdimatlar ilə çıxış edib. Konfransın açılışını Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən xanım Mustafazadə edərkən, moderator qismində ilk gün BDU-nun professoru, Sosial hüquqların araşdırması İctimai Birliyinin Sədri Mayis Əliyev, ikinci gün isə AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, YUNESKO Beynəlxalq Müəllimlər Forumu və Dünya Tibbi hüquq Assosasiyasının üzvü Aida Bandaliyeva çıxış edib.

Hər bir spikerin mövzusu haqda çıxışdan sonra müzakirə aparılıb və iştirakçılar tərəfindən onlara suallar ünvanlanıb.

Fasilələr ilə iki gün davam edən beynəlxalq konfrans yüksək qiymətləndirilib.

Beləliklə, konfrans Azərbaycan üçün yeni bir hüquqi sahə olan Tibb Hüququna öz töhfəsini verib, bir sıra məsələlərə aydınlıq gətirib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top