"İrşad" daha iki mağaza və yeni üslubda təmir xidmət mərkəzini istifadəyə verib

REKLAM 02 iyun 2021, 14:28

Açılışa özəl kampaniyanı qaçırmayın.

“İrşad” daha iki yeni mağaza və təmir xidmət mərkəzinin açılışına özəl kampaniyaya başladı. Sabirabad və “Xətai” mağazalarından istənilən məhsulu ilkin ödənişsiz və faizsiz, 18 ayadək hissəli ödənişlə əldə edə bilərsiniz. 20 iyunadək Sabirabad, 10 iyunadək Xətai mağazasında keçirilən kampaniyada “Şadplyus” oynamaqla nağd şəkildə alınan hər məhsulu pulsuz aparmaq şansı da qazanacaqsınız. Üstəlik, müştəriləri 50%-dək endirimlər də gözləyir.

Xətai rayonu, Süleyman Vəzirov, 11B ünvanında yerləşən tam yenilənmiş texniki servis mərkəzi mağaza kimi də fəaliyyət göstərəcək. “İrşad”dan rəsmi zəmanətlə alınan məhsulları təmirə ehtiyac duyduğunda texniki xidmət mərkəzinə əmanət edə bilərsiniz. Habelə, texniki xidmətə ehtiyacı olan, lakin rəsmi zəmanətlə alınmayan məhsulların da təmirində servis əməkdaşları sizə yardımçı olacaqdır.

Elektronika, smartfon, məişət texnikası satışı üzrə ixtisaslaşan “İrşad” məhsulları sərfəli şərtlərlə daha əlçatan etmək üçün cari ildə Tovuz, Şəmkir, Mingəçevir, Xaçmaz, Binə, Hövsan mağazalarını və yeni təmir xidmət mərkəzini istifadəyə verib. Növbəti aylar ərzində Ağcabədi, İmişli, Cəlilabad rayonlarında da müştərilər öz mağazalarını qarşılayacaqlar. Hazırda, “İrşad”ın 23-ü Bakıda olmaqla ölkə ərazisində ümumilikdə 41 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top