“Kəpəz” BOKT-un xalis mənfəəti 2% artıb

Banklar 03 iyun 2021, 15:28

“Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 179 min manat xalis mənfəətlə başa vurub.

BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 1,7% çoxdur.

Ötən il “Kəpəz”in vergiyəqədərki mənfəəti 224 min manat (əvvəlki illə müqayisədə 1,8% çox), mənfəət vergisi ödəmələri isə 45 min manat (2,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kəpəz”in aktivləri 3,104 milyon manat olub ki, bu da illik müqayisədə 9,1% çoxdur. Bunun 2,784 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 7,7% böyüyüb.

Hesabat dövründə “Kəpəz”in öhdəlikləri 3,9% artaraq 2,108 milyon manata, balans kapitalı isə 21,9% artaraq 996 min manata çatıb.

Xatırladaq ki, “Kəpəz” BOKT 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 560 min manatdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top