Türkiyədə ilk dəfə bir bank Çin yuanında kredit cəlb edib

Banklar 04 iyun 2021, 12:42

Türkiyədə fəaliyyət göstərən "Denizbank"; dollar, avro və Çin yuanı pul vahidlərində 1 il müddətinə cəmi 410 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit təlb edib.

Karvannews xəbər verir ki, "Emirates NBD Bank PJSC"nin vasitəçi bank olduğu əməliyyat, "Abu Dhabi Commercial Bank PJSC", "Emirates NBD Capital Limited" ve "ICBC Turkey Bank A.Ş"nin koordinatorluğunda reallaşıb.

Kreditin xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsində istifadə etdiriləcəyi açıqlanıb.

410 milyon dollar məbləğindəki bu sindikatlaşdırılmış kreditin bir hissəsi Çin Yuanında ayrılıb. Türkiyədə ilk dəfə bir bank Çin yuanında kredit cəlb edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top