Neft kəmərləri ilə bu il nəql olunan neftin həcmi açıqlanıb

Neft qaz 15 iyun 2021, 13:12

Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri vasitəsi ilə 14 718,3 min ton neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azdır.

Karvannews-un Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, nəqletmənin 75,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 11 124,8 min ton neft ötürülüb. Bu, illik müqayisədə 11,2% azdır.

Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə 1 523,3 min ton tranzit nefti də nəql edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top