"Biznesdə cinsi fərq yoxdur" - Rəna Qəfərova - MÜSAHİBƏ/VİDEO

MÜSAHİBƏ 09 iyun 2021, 14:58
“Azərbaycanda sahibkar qadın fikrinə münasibətim “Aslanın dişisi erkəyi olmaz” şüarıdır. Qadın olmaq problem deyil, istər yüngül, istərsə də ağır sənayedə liderlik, aparıcılıq keyfiyyətlərin varsa, heç bir problem yoxdur. Əgər hansısa bir istehsalatın, müəyyən idarənin idarəetməsində dayana bilirsinizsə, bunun cinsiyyət fərqinə heç bir təsiri yoxdur”.

Bu sözləri AVTO FM radiostansiyasında yayınlanan “Danışır Biznes” verilişində “Karvan -L” MMC-nin icraçı direktoru Rəna Qəfərova Azərbaycanda qadının sahibkar olmasına münasibət bildirərkən söyləyib.

Son 5 ildə sahibkarlıqla bağlı çox böyük islahatlar gedib. Sahibkarlara dəstək üçün həm vergi sahəsində,  həm gömrük sahəsində böyük işlər görülüb. Bu, bizə böyük təkan verib, dəstək olub. Ona görə də son zamanlarda biz demək olar ki, heç bir maneə ilə qarşılaşmamışıq. Bizim son 5 ildə heç bir problemimiz yoxdur. İndi  bütün müraciətlər elektron qaydada həll olunur. Bu, bizim işlərimizi daha da rahatlaşdırıb.

Rəna Qəfərova, həmçinin yeni girdikləri media biznesi və gələcək planları haqda geniş məlumat verib.

Müsahibə ilə tam şəkildə AVTO FM-in "Youtube" kanalında tanış ola bilərsiniz:

DİGƏR XƏBƏRLƏR

Loading
Top