Ronaldo "Yuventus"la danışıqlar aparmır

İdman 30 iyun 2021, 15:46
"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu Turin təmsilçisi ilə müqaviləni yeniləmək üçün danşıqlar aparmır.

Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, oyunçunun meneceri Xorxe Mendeş bu ay klub nümayəndələri ilə görüşəcək. Beləliklə, Ronaldonun "Yuventus"dan ayrılıb-ayrılmayacağına qərar veriləcək.

Portuqaliyalı futbolçunun klubu ilə hazırkı sözləşməsi isə gələn ilin yayına qədərdir. O, İtaliya təmsilçisində illik 31 milyon avro qazanır. Onun adı sabiq komandaları "Sportinq" və "Mançester Yunayted"lə hallanır.

Qeyd edək ki, Ronaldo "Yuventus"a 2018-ci ildə "Real"dan 117 milyon avro qarşılığında keçib.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top