Azərbaycan-Qazaxıstan ticari əlaqələrində geriləmə

İqtisadiyyat və biznes 21 iyun 2021, 15:21

“Bu gün Azərbaycan iri energetika və nəqliyyat-logistika layihələrinin xabına, beynəlxalq energetika təhlükəsizliyinin əsas oyunçusuna çevrilib. Regionda yeni geosiyasi reallıq, nəqliyyat kommunikasiyalarının açılması ölkənizin regional mərkəz qismində rolunun gücləndirilməsinə yol açır”. 

Karvannews-un məlumatına görə, bunu Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Qazaxıstanda qardaş Azərbaycanın dayanıqlı inkişaf, modernləşmə və tərəqqi yolu ilə inamla və əminliklə getdiyinə görə sevinirlər.

Nazir qeyd edib ki, regional və beynəlxalq xarakterli aktual məsələlər üzrə mövqelərimizin və maraqlarımızın yaxınlığı məmnunluq doğurur:

“Çoxtərəfli formatda biz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, MDB, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində biz sıx qarşılıqlı əməkdaşlıq edirik. Burada mən türk dövlətlərinin əməkdaşlığın inkişaf perspektivlərinə ümumi baxışlarımızı qeyd etmək istərdim. Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır. 2016-2019-cu illərdə biz ticarət mübadiləsinin ikirəqəmli artımına nail olduq.

Təəssüf ki, pandemiya və karantin məhdudiyyətləri fonunda ticarət mübadiləmiz 2020-ci ildə 38 faiz azalaraq, 142 milyon dollaradək düşüb. Bununla əlaqədar olaraq, biz iqtisadi diplomatiyamızı faəllaşdırmağa, onun artması, bir birimizin bazarlarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə razılaşdıq. Biz əvvəlki göstəricilərin bərpası və yeni ticari göstəricilərə nail olmasına hazırıq və kifayət qədər potensiala malikik”.

DİGƏR XƏBƏRLƏR

Loading
Top