50 nəfərlik şənlik mərasimlərində maskadan istifadə məcburi olacaq, COVID pasportu tələb olunmayacaq

Gündəm 22 iyun 2021, 10:44

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

Karvannews-un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmayacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top