AVRO-2020 ən məhsuldar turnir kimi tarixə düşdü

İdman 30 iyun 2021, 18:01

AVRO-2020-nin 1/8 final mərhələsinin oyununda vurulan qollar futbol üzrə Avropa Çempionatlarının tarixinə rekord məhsuldar nəticə kimi düşüb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin 1/8 final mərhələsində İspaniyanın qapısına endirdiyi dəqiq zərbə turnirdə 109-cu qolu olub.

Beləliklə, AVRO-2016-dakı 108 qolluq rekord yenilənib.

Qeyd edək ki, AVRO-2020-nin final oyunu iyulun 11-də Londonda yerləşən Uembli stadionunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top