İzmirdə 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib - Fotolar

Kənd təsərrüfatı 25 iyun 2021, 09:16
İyunun 24-də, Türkiyənin İzmir şəhərində 16-cı İzmir Argoexpo Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib.
 
Karvannews.com türk mediasına istinadən xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Şimali Makedoniyanın Kənd, meşə və su təsərrüfatı naziri Arjanit Xocanın iştirakı ilə keçirilən mərasimdə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli sərginin açılışı münasibətilə çıxış edib.
 
Agroexponun kənd təsərrüfatı və heyvandarlıq sahəsində Türkiyənin ən böyük, Avropanın isə dördüncü böyük sərgisi olduğunu vurğulayan Pakdemirli sözlərinə belə davam edib: Sərginin bu il də təxminən 1 milyard dollarlıq iş həcmi hədəfilə kənd təsərrüfatı və heyvandarlığa güc qatacağını söyləyib.
 
Coğrafi mövqeyi baxımından kənd təsərrüfatında böyük üstünlüyə sahib olan Türkiyənin bölgədəki investorlar üçün ən uyğun ölkə olduğunu söyləyən nazır daha sonra bunları deyib:
 
"İribuynuzlu heyvan ehtiyatımız 2020-ci ildə 18,2 milyon baş artaraq ölkə tarixinin ən yüksək səviyyəsinə çatdı. Xırdabuynuzlu heyvanlarımız son bir ildə yüzdə 12 faiz artaraq 54.1 milyon baş yüksəldi. Son 30 ildə istehsaldakı bu inkişaflarla birlikdə əkinçilik sektoru, 2020-ci ildə yüzdə 4,8 faiz böyüyərək son 3 ildə ən yüksək böyümə rəqəminə çatdı. 2021-ci ilin birinci rübündə yüzdə 7,5 böyüyən kənd təsərrüfatı böyüməyə davam etdi və yüzdə 20 faiz artım göstərərək 333,3 milyard lirəyə çatdı. Bu ölkə tarixində artıq bir rekorddur”.
 
Tükiyəli nazir kənd təsərrüfatının digər inkişaf strategiyalarından, heyvandarlıq və digər əkinçik sahələrindən danışarar çıxışını başa vurub.
 
Sərgidə daha sonra İzmir valisi Səlim Köşger kənd təsərrüfatı və heyvandarlıq sektorunun məşğulluq və iqtisadiyyata töhfəsinin ixrac potensialı baxımından böyük əhəmiyyət daşıdığını və izmirli istehsalçının sərgilər sayəsində xarici bazarlara daxil olmaq fürsəti olduğunu bildirib.
 
Digər çıxış edənlər İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer, İZTO İdarə Heyətinin sədri Mahmut Özgener və sərgini təşkil edən Orion Fuarlar İdarə Heyətinin sədri Fatih Tan da mövzu barəsində danışıblar.
 
Türkiyəli nazir B.Pakdemirli sərgidə Qətər Bələdiyyəsi və Ətraf Mühit Nazirliyinin stendinə də baş çəkib. O, Türkiyədən 6 şirkət nümayəndəsi və Qətərdən 3 şirkət təmsilçisinin əkinçilik alətləri və avadanlıqlarının ticarəti ilə bağlı 7 iş müqaviləsi üçün imzalama mərasiminə qatılıb.

Sərgidən fotoları təqdim edirik:










 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top