“PAŞA Bank” kreditin faiz dərəcəsini endirdi

REKLAM 29 iyun 2021, 14:19
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, real sektorun dəstəkçisi qismində fəaliyyətini davam etdirir.
 
Bank, bizneslərin dayanıqlı inkişafına töhfə vermək məqsədilə girovsuz təqdim edilən “Onlayn biznes krediti”nin illik faiz dərəcəsini endirib.

Belə ki, sahibkarlar 250 000 AZN-dək onlayn biznes kreditlərini 11%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərlər.

“PAŞA Bank”, sahibkarların ehtiyaclarını daim nəzərə alan, rəqəmsal həllər təqdim edərək biznes kreditini girovsuz və tamamilə onlayn şəkildə istifadəyə verən yeganə bankdır. “Onlayn biznes krediti” ölkədəki bizneslərin maliyyə resurslarından istifadə imkanlarının genişləndirilməsinə yönəlib.

Kredit üzrə müraciətlər 24/7 rejimində qəbul olunur. Müştərilər, bütün sənəd və məlumatları təqdim etdikdən sonra cəmi bir neçə saat ərzində qərarı əldə edir. “PAŞA Bank” müştərisi olmayan sahibkarlar da bu kreditləri əldə etmək üçün müraciət ünvanlaya bilər. İlk öncə sahibkar hesab açmadan müraciəti tamamlayır. Bankdan müsbət qərar əldə etdikdən sonra isə müraciəti təsdiqləyir və onlayn hesab açır. Sonda vəsait müştərinin bu hesabına köçürülür.

Xatırladaq ki, “PAŞA Bank”ın “Onlayn biznes krediti” məhsulu beynəlxalq ekspertlər cəmiyyəti tərəfindən tanınıb və bir neçə nüfuzlu mükafata layiq görülüb. Belə ki, “EMEA Finance” jurnalı “Europe Banking Awards 2020”nin nəticələrinə əsasən bu məhsulu Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" kimi fərqləndirib. Eyni zamanda, “Onlayn biznes kredit” məhsulu “SME Banking Club” təşkilatı tərəfindən üç ən yaxşı kredit məhsulundan biri seçilib.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top