Azərbaycanlı alimlərin elmi işləri beynəlxalq konfranslarda

Elm və təhsil 02 avqust 2021, 13:01
Azərbaycanlı alimlər tərəfindən “İkinci Qarabağ müharibəsinin açdığı fiziki vəz zehni yaraların müalicəsinə yeni yanaşma yolu” mövzusunda hazırlanmış elmi iş beynəlxalq konfranslarda təqdim olunub.
 
Karvannews.com xəbər verir ki, Azərbaycan Tibb Universitetinin əməkdaşı , biokimya kafedrasının dosenti  M.F.Əmirova və Birləşmiş Ərəb Əmirliyində Tibb Universitetində çalışan t.ü.f.d. Sabrin Ali Azim - Fransada fəaliyyət göstərən ALİM elmi assosiasiyasının üzvü bu dəfəki elmi tədqiqatı məhz qazilərimizin müharibədən sonrakı tibbi ehtiyaclarının qarşılanması mövzusuna aid edilib.
 
Qeyd edək ki, elmi işin ideyası Dr. Mahirə tərəfindən irəli sürülmüş və o bütün müharibə dövrü haqq yoluna fəal dəstək vermişdir.
 
Konfransda alimlər qeyd etdilər ki, onların atdıqları addım məhz şəhidlərimizə və milli ordumuza olan sonsuz minnətdarlıq və təşəkkür hisslərindən irəli gəlir və Vətənə olan bağlılığın, Vətənin haqq mübarizəsinə dəstəyin təzahürüdür.
 
“MÜHARİBƏ nəticəsində yaranan fiziki və zehni yaraların müalicəsinə yeni yanaşma yolu”  mövzusunda elmi tədqiqat işinin ideya rəhbəri olan Mahirə Əmirova qeyd etdi ki, kolleqaları ilə apardığı elmi tədqiqat işi ikinci Qarabağ müharibəsinin qəhrəmanlarına, onların şücaətinə və millətimizin şərəfi olan qələbəmizin nəticələrinə həsr edilmişdir. Məqalə bir sıra nüfuzlu konfranslara müxtəlif dillərdə təqdim olunmuşdur. Tədqiqat işi siyasi mövzuya toxunduğu üçün əksər jurnallar tərəfindən mənfi münasibət göstərildi. Lakin buna baxmayaraq elmi konfranslara həmin məqalə təqdim edilirdi, çünki burda məqsəd eyni zamanda ölkədən kənarda xarici dildə qələbəmizi elmi ictimaiyyətə çatdırmaqdır. Məqalə Roma şəhərində “The İnternational conference on Stem cell, tissue engineering & Regenerative medicine” elmi konfransında, eyni zamanda Özbəkistanın Fərqanə şəhərində yerləşən Tibb Universitetində baş tutmuş elmi konfransda, bundan əlavə “Karabağ Uluslararası Kongresi”ndə də təqdim edilmişdir.




 
 
 
 
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top