Türkiyədə Nadir Adilmanın “O gələcəkmi?” kitabı işıq üzü gördü

Mədəniyyət və turizm 13 avqust 2021, 15:11
“Türkiyədə çap edilən bu kitabımı internat evlərində böyüyərək hər gün “O gələcəkmi” sualını öz-özünə bir neçə dəfə təkrar edən bütün balaca dostlarıma həsr edirəm. Kitabın bütün dillərdərdəki nəşrindən əldə edəcəyim vəsaiti Araz Əhmədovun rəhbərlik etdiyi "IMSI" İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin üzvləri arasından seçiləcək gəncin xərclərinə və yaxud da maliyyə imkanları həddi imkan verərsə gənclərin Türkiyədə təhsilləri xərclərinə yönəldəcəyəm.”

Bunlar yeni nəşrə müəllifin yönəldici sözləridir.

Qeyd edək ki, Azərbaycanın tanınmış motivasiya spikeri və kouçu Nadir Adilmanın “ O gələcəkmi” kitabını Türkiyədə “Nestor” yayın evi nəşr edib. Kitabın tərcümə və redaktəsi Şebnem Karslıya məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top