Dubayda yaşayan azərbaycanlı həkim: "İstərdim ki, vətənə qayıdanda xalqa xidmət edək " - Müsahibə

MÜSAHİBƏ 30 avqust 2021, 10:02
Karvannews.com tibb üzrə fəlsəfə doktoru, ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis, City university college of Ajman kafedrasının assistent-professoru Sabrin Azimlə müsahibəni təqdim edir.

- Özünüz haqda məlumat verərsiniz?

- Tibb üzrə fəlsəfə doktoruyam. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəsisəm. Təhsilimi, hər üç diplomumu Azərbaycan Tibb Universitetində almışam. Lakin, təcrübələrimi Avropa, Türkiyə kimi ölkələrdə keçmişəm. Hal-hazırda artıq ikinci tibb univesitetinə dəvət alaraq kafedranın asistent-professor vəzifəsində ağız və üz çənə cərahhiyyəsi üzrə çalışıram. Ailəm də ziyalıdır, atam dəri zöhrəvi xəstəlikləri üzrə professordur, bacım tibb üzrə fəlfsəfə doktoru və ginekologiya üzrə mütəxəssisdir. Anam telekomunikasiya üzrə mühəndisdir.

- Dubaya köçməyinizdən danışaq. Köçməyə sizi nə vadar etdi?

- Uşaq vaxtı valideynimin işi ilə əlaqədar olaraq ildə 2 dəfə Dubaya gəlirdik. Elə o vaxtdan bu ölkədə yaşamağı, işləməyi arzulayırdım. Tam olaraq 2016-cı ildə Dubaya köçdük. Həm iş təklifi almışdım, həm də burada ailə qurmuşam.

- Orada azərbaycanlı həkimlər çoxdurmu?

- Çox qürur verici haldır ki, burada azərbaycanlı həkimlər çoxdur. Çox hörmət etdiyim həkim İlham Mehdiyev uzun illərdir ki, Dubayda çalışır. Müxtəlif sahələr üzrə azərbaycanlı həkimlər var. Təbii ki, nisbətən ərəblərə baxanda çox deyillər.

- Səhiyyə sistemləri necədir? Azərbaycan səhiyyəsi ilə necə müqayisə edərdiniz?

- Hər iki səhiyyə sistemində çalışdığım üçün müqayisə etmək asandır. Tibbi lisenziyanı almaq məsələsinə toxuna bilərəm. Biz, məsələn, Dubayda bir dəfə lisenziya veririk və bundan sonra kurslara gedirik, üzərimizdə çalışırıq ki, nəticədə hər il kredit saatları dolsun. Sadəcə olaraq lisenziyanı yeniləndiririk. Beş ildən bir lisenziya məsələsi yoxdur. Dubayda bir neçə kateqoriya ilə lisenziyalar dəyişilir. Məsələn, stamatologiya üzrə ümumi stmatoloq adlandırılır, mütəxəssis lisenziyası, bir də konsultant var. Azərbaycanda isə bildiyim qədər lisenziya ilə bağlı 5 il keçdikdən sonra yenidən imtahan vermək lazımdır. Çox böyük fərqdir.



- Tez-tez müxtəlif elmi konfranslarda iştirak edirsiniz. Bu konfranslarda hansı mövzular müzakirə olunur?

- Çalışırıam ki, müxtəlif elmi konfranslarda iştirak edim. Hal-hazırda tibbi sahədə belə, elmi konfranslar, hansılar ki, Təhsil Nazirliyinə aid olan konfranslar da olur. Yaxud da tibbi sahəyə aid olan konfranslar olur. Məsələn, ağız və üz çənə cərrahiyyəsi üzrə konfransda iştirak edirəm və burada biz müxtəlif mövzulara toxunuruq. Qüsurlardan tutmuş ankologiya, estetik cərrahiyə və implantologiyaya qədər konfrans böyük çərçivədə keçirilir. Təhsil sisteminə aid olan, vacib konfranslardan biri də bütün müəllimlərin iştirakı etdiyi konfransdır.

Ən son konfranslarda Qarabağ mövzusuna toxunduq. İstədik ki, Qarabağ mövzusunu tibbə aid edək və bunu müxtəlif ölkələrdə təqdim edək. Məsələn, Qarabağ müharibəsi zamanı yaraların sağalması müddəti, yeni yanaşmalar və s. kimi elmi araşdırmalar aparmışıq. Nəticədə biz bu mövzunu İtaliya, Rusiya, Türkiyə mediasında təqdim etmişik. Adına görə böyük bir çətinliklə qəbul edildi. Məcburi şəkildə dəyişiklik etdikdən sonra çıxışlarımızda hər şeyi tarixdən tibbə qədər davam etdirmişdik.

- Azərbaycanlı qadınlardan ibarət asossasiya yaratmaq istəyirsiniz. Bu barədə məlumat verərdiniz? Klubun məqsədi nədən ibarətdir?

- Bu artıq yaradılıb. Rəsmi olaraq qeydiyyatdan keçirtmək istəyirik. Klubda qadınlar çox fəaldır. Gənc tibb tələbələri üçün bir layihə həyata keçirdik. "Azerbaijani Ladies klub" Fransadakı "Alim Asossasiyası", "Gənclər İttifaqı", bizim assosasiyamızın rəhbərliyi ilə layihəmiz baş tutdu. Bizim klubun məqsədi, Azərbaycan xanımlarını bir-birilə tanış etmək, onların uğurlarını müzakirə etməkdir. Həmçinin Birləşmiş Ərəb Əmirliklərində hansı naliyyətlərə çatıblar, nələr edirlər, eyni zamanda milli dəyərlərimizi unutmamaq üçün də tədbirlər həyata keçirilir. Görüşlərimizdə çalışırq ki, daha çox Azərbaycan restoranlarına üstünlük verək. Biz istəyirik ki, təşkil etdiyimiz yerlər dəyərlərimizə uyğun olsun. Bu günə qədər görüşlərimizdə Milli Respublika Gününə aid, Şuşanın alınması, tarixi zəfərlərimiz və.s bunun kimi tarixi günləri yad etmiş, qeyd eləmişik. Klubun üzvləri təklif etdilər ki, sosial şəbəkələrdə milli mətbəximizi də təqdim edək. Ölkəmizdə gözəl olan hər şeyi təbliğ etmək istəyirik. Bunun üçün də çalışırıq.



- Yeddi dil bilirsiniz. Hansılardı? Gənc olmağınıza baxmayaraq bu qədər dilə yiyələnmisiniz. Bunun sirri nədir?

- Həm ərəb, həm rus dillərində mükəmməl danışıram. Təhsili rus dilində almışam. Bundan başqa fransız, ingilis, alman, türk dillərini də bilirəm. Türk və Azərbaycan zatən eyni dildir. Bizim ailədə hamı çox dillidir. Valideynlərimiz bizi hər zaman kurslara, dil öyrnməyə sövq ediblər. Təkcə dil yox, rəqsə, baletə, rəsmə də marağım olub. Müxtəlif sahələrdə inkişaf etməyə çalışmışıq. Tibbə görə Avstriyanın Vyana şəhərində təlim keçmişəm. Buna görə də alman dili lazım olub. Təlimdən sonra alman dilini öyrənmək üçün kursa gedirdim.

- Vətən üçün darıxırsınız? Qayıtmağı düşünürsünüz?

- Vətən üçün çox darıxıram. Tətillərimdə həmişə Azərbaycana gedirdim. Hətta tez-tez səfər etdiyim üçün AZAL mənə qızıl kart verib. (gülür) Pandemiyaya görə isə indi alınmır. Hər bir vətəndaş nəticə olaraq öz ölkəsində, ailəsi və dostları ilə yaşamaq istəyər. Bu sadəcə bizim üçün təcrübədi. Həm də bu bizim üçün fürsətdir ki, başqa bir ölkədə Azərbaycanı yaxşı mənada tanıdırıq. Məni burada həm alim, həm, müəllim, həm də həkim kimi tanıyırlar. Eyni zamanda azərbaycanlı xanımları bir yerə toplayan şəxs kimi də tanıyırlar. (gülür) İstərdim ki, vətənə qayıdanda xalqa xidmət edək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top