Bu gün Venesiya Film Festivalı başlayır

Mədəniyyət və turizm 01 sentyabr 2021, 12:52

Bu gün 78-ci Venesiya Beynəlxalq Film Festivalı başlayır.

Festival ispan rejissor Pedro Almodovarın “Paralel analar” filmi ilə açılacaq.

Penelopa Kruzun iştirakı ilə çəkilən ekran işi əsas müsabiqədə yarışır. Ümumilikdə isə “Qızıl şir” uğrunda 21 film mübarizə aparacaq.

Festival çərçivəsində kino sənətinə bəxş etdikləri töhfələrə görə italiyalı aktyor və rejissor Roberto Benini və amerikalı aktrisa Ceymi Li Kertisə “Qızıl şir” təqdim ediləcək.

Qeyd edək ki, festivalın münsiflər heyətinə Cənubi Koreya rejissoru Pon Çjun Ho rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top