Bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi kəskin azalıb

Daşınmaz əmlak 02 sentyabr 2021, 16:28

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən Karvannews.com-a verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 1 201,0 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yeddi ilə müqayisədə 2,3 dəfə azdır. Belə ki, 2020-ci ilin analoji dövründə ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 2 708,5 min təşkil edib.

Cari ilin yanvar-iyulunda yaşayış evlərinin tikintisinə 537,3 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 27,2% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə 47,6% azdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top