Əkin və məhsul subsidiyaları yeni əmsallarla veriləcək

Kənd təsərrüfatı 07 sentyabr 2021, 14:02

Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin və məhsul subsidiyalarının yeni əmsalları barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Karvannews.com-a verilən məlumata görə, qərarda subsidiyaların verilməsinə dair çoxsaylı yeniliklər var.

Qərara əsasən, üç bitki növü – əkin subsidiyaları tam şəkildə məhsul subsidiyası ilə əvəzlənib və məhsul subsidiyasının miqdarı artırılıb. Eyni zamanda, birdəfəlik əkin subsidiyası verilən meyvə bağlarının da siyahısı genişlənib.

İndiyədək 6 cür meyvə bağına görə birdəfəlik subsidiya ödənilirdisə, 2020-ci ildən bu rəqəm 9-a çatdırılıb. Qərarda subsidiyaların verilməsinə dair digər yeniliklər də əksini tapıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top