Növbəti ilin dövlət büdcəsində proqnozlaşdırılan kənd təsərrüfatı xərcləri açıqlanıb

Kənd təsərrüfatı 09 sentyabr 2021, 16:01

Gələn il kənd təsərrüfatı sektorunda 37 tədbiri əhatə edən 5 proqramın həyata keçirilməsi üçün ümumilikdə 986,0 milyon manat proqnozlaşdırılıb.

Karvannews.com-un xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Qeyd edilib ki, bu, 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 43,0 milyon manat və ya 4,4 faiz çoxdur. Növbəti ildə proqnozlaşdırılan vəsaitin 6,6 milyon manatı yeni siyasət təşəbbüslərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top