Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Karvannews.com-un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 61,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 sentyabr 2021-ci il tarixində keçirilib - red.) müqayisədə 9,7% azalıb.