Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

Banklar 13 sentyabr 2021, 11:11

Azərbaycanın ən böyük bankı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) yeni departament direktoru təyin edilib.

Karvannews.com xəbər verir ki, Anar Qocayev ABB-nin İnfrastruktur və Əməliyyat Departamentinin direktoru təyin edilib. O bu vəzifəsinin icrasına 2021-ci ilin 13 sentyabrından start verib.

2020-ci ilin noyabrından bu günə qədər, A.Qocayev ABB-nin adıçəkilən departamentində direktor müavini idi. ABB-dən öncə isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də İT sistemi müdirinin müavini kimi çalışmışdır.

Qeyd edək ki, A.Qocayevin “Oracle Certified Master” beynəlxalq sertifikatı, “Oracle ACE” beynəlxalq mükafatı və “Oracle Gold Badge” beynəlxalq mükafatı vardır.

 

DİGƏR XƏBƏRLƏR

Loading
Top