Azərbaycanda ən çox satılan mobil telefon markaları açıqlandı

İT texnologiyası 14 sentyabr 2021, 18:00

Azərbaycanda 2021-ci ildə də C.Koreya brendi olan “Samsung” telefonları ən çox satılan mobil telefonlar sırasındadır.

Karvannews.com xəbər verir ki, bu barədə “Global Stats” sıralamanı təqdim edib.

2021-ci ilin avqustuna olan göstəriciyə görə “Samsung” Azərbaycanda satılan telefonlarda payı 43.37%-dir. Ötən ilin eyni dövründə bu rəqəm 48.67% idi. Yəni bu brend bazarda mövqeyini zəiflədir.

İkinci sırada Çin istehsalı olan “Xiaomi” telefonlarıdır. Ölkədə bu telefonların bazar payı ötən ilin avqustunda 27.3% olduğu halda, cari ilin müvafiq dövrünə 34.2% təşkil edib.

ABŞ brendi “iPhone” satışları isə Azərbaycanda payı öncəki illə müqayisədə güclənib. Məsələn, son bir ildə “iPhone” 13.32%-dən 14.57%-ə qədər yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top