İnkişafda olan Asiya ölkələrinin iqtisadiyyatı bu il 7,1% böyüyəcək

İqtisadiyyat və biznes 22 sentyabr 2021, 15:02

Asiya İnkişaf Bankı (AİB) bu il inkişafda olan Asiya ölkələrinin iqtisadiyyatının 7,1% böyüyəcəyini proqnozlaşdırır.

Bu barədə AİB-in dünya və ölkələr üzrə "Asian Development Outlook 2021 Update" adlı yenilənmiş sentyabr hesabatında deyilir.

Qeyd olunur ki, bu, ötən proqnozla (aprel ayında verilib – red.) müqayisədə 0,2 faiz bəndi azdır. Proqnozda azalmanın səbəbi Asiyanın inkişafda olan iqtisadiyyatlarının hələ də COVID-19 pandemiyası ilə mübarizə aparması və vaksinasiyanın əhatəsinin ölkələr arasında qeyri-bərabər yayılmasıdır.

Bundan əlavə, hesabatda bildirilir ki, geosiyasi gərginliklər, maliyyə qarışıqlığı və qlobal tədarük zəncirindəki fasilələr bölgənin inkişaf perspektivlərini poza bilər.

2022-ci ilin proqnozuna gəldikdə, AİB regionda gələn il real ÜDM-nin 5,4% artacağını gözləyir. Bu, aprel gözləntiləri ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top