Sığorta bazarı 10% böyüyüb

Sığorta şirkətləri 22 sentyabr 2021, 16:33
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580 milyon 597 min manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 339 milyon 866 min manat təşkil edib. Bu isə illik müqayisədə 29,2% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,7 manat olub.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top