Bankların kredit faizləri üzrə gəliri artıb

Banklar 23 sentyabr 2021, 18:00

Azərbaycandakı 26 bank bu ilin 8 ayında verdikləri kreditlərdən 1 milyard manatdan artıq gəlir əldə ediblər.

Kavannews.com Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 92,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,6 milyon manat və ya 8,6% çoxdur. Bankların ötən ilin 8 ayında kreditlər üzrə faiz gəlirləri 1 milyard 5,5 milyon manat təşkil etmişdi.

2021-ci ilin 8 ayında faizlər üzrə xərcləri isə 322,3 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 352,7 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi  depozitlər üzrə faiz xərcləridir. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top