“TikTok”un auditoriyası ayda 1 mlrd. istifadəçini keçib

İT texnologiyası 28 sentyabr 2021, 15:00

“TikTok” sosial şəbəkəsinin auditoriyası ayda 1 milyard istifadəçini keçib.

Bu barədə onun əməliyyat direktoru Venessa Pappas məlumat verib.

Venessanın sözlərinə görə, insanlar “əylənmək, ilhamlanmaq və ya idman, musiqi, incəsənət və mədəniyyət kimi sahələrdə inkişaf etmək üçün “TikTok”a gəlirlər”.

“TikTok” 2017-ci ildə, Çinin “ByteDance” şirkəti “Musical.ly” xidmətini satın aldıqdan sonra fəaliyyətə başlayıb. 2018-ci ildə ona “TikTok” adı verilib. İlkin dövrdə platformada yalnız bir dəqiqəlik videolar çəkmək mümkün olub, daha sonra onların müddəti üç dəqiqəyədək uzadılıb.

Qeyd edək ki, digər platformalar da “TikTok”un populyarlığını təkrarlamağa çalışır. Məsələn, “YouTube” bu ilin mart ayında yeni “Shorts”, “Instagram” isə “Reels” xidmətini işə salıb.

2021-ci ilin sonunadək Rusiyanın “Qazprom” şirkətinin mediaholdinqi “TikTok”un analoqu olan yeni “Yappy” sosial şəbəkəsini işə salacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top