Ən çox ödəniş edən sığorta şirkətləri

Sığorta şirkətləri 28 sentyabr 2021, 16:01

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin avqust ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2021-ci ilin avqust ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 169 milyon 286 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Paşa Sığorta şirkətidir. (49 milyon 493 min manat).

Üçüncü yerdə 44 milyon 588 min manat olmaqla Dövlət Sığorta Kommersiya şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 21 milyon 861 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 13 milyon 985 min manat.

Ötən il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta”  (233 min manat), “Xalq Həyat Sığorta” (88 min manat) və “Aqrar Sığorta” (29 min manat) olub. Meqa Həyat sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.

29

DİGƏR XƏBƏRLƏR

Loading
Top