Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Banklar 01 oktyabr 2021, 16:01

30 Sentaybr 2021-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 33,8 milyon dollar təşkil edib.

Karvannews.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu avqustun sonu ilə müqayisədə 8,8 milyon dollar azdır.

31 Avqut 2021-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 42,6 milyon dollara çatmışdı.

Avqust ayında kvotaya uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin artırılması ilə bağlıd olaraq Mərkəzi Bankın valyuta ehtiyatları 546,1 milyon dollar artmışdı. 

Cari ilin 9 ayında isə (ötən ilin sonu ilə müqayisədə) Mərkəzi Bankın valyuta ehtiyatları 664.4 milyon dollar artıb. Bu artımın böyük hissəsi avqutdakı artım ilə əlaqədardır.

Valyuta ehtiyatları, milyon dollar ilə

30.09.2021     7033.8

31.08.2021     7042.6

30.07.2021     6496.5

30.06.2021     6455.3

31.05.2021     6460.4

30.04.2021     6367.6

31.03.2021     6356.2

26.02.2021     6367.6

29.01.2021     6365.2

30.12.2020     6369.4

DİGƏR XƏBƏRLƏR

Loading
Top