Bank Respublika yeni “NeoKart”ı təqdim edib

Banklar 01 oktyabr 2021, 16:04
Bank Respublika müştərilərin bütün ehtiyaclarını vahid kartda qarşılayan yeni “NeoKart”ı təqdim edib.

Yeni kart sahibləri dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə ödəniş edərkən və ya onlayn alış-veriş zamanı “Bank Respublika”dan NeoBonuslar qazanacaq. Daha sonra müştərilər Bankın “Mobil Şöbə” əlavəsi ilə NeoBonusları keşbek, səyahət milləri, mobil internet və danışıq dəqiqələrinə dəyişə biləcək.

Bir çox özəllikləri özündə birləşdirən “NeoKart” həmçinin, müştərilərə kart hesabındakı qalığa görə də hər ay əlavə faiz gəliri də gətirəcək!

Bir sözlə “NeoKart”-  sahiblərinə HƏR YERDƏ QAZANDIRACAQ!

“NeoKart” debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur və 2 növü var: “NeoKart Standard” və “NeoKart Premium”. Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər bankların ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var.

Əgər Siz də qazananlar sırasında olmaq istəyirsinizsə, NeoKart-ı onlayn olaraq Bank Respublika”nın rəsmi saytındanfacebook səhifəsindən, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “NeoKart” yazıb göndərərək sifariş edə bilərlər.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top