"Facebook.com" domeni satışa çıxarılıb

İT texnologiyası 05 oktyabr 2021, 13:03

“Facebook”un (facebook.com) domeni satış əməliyyatları üzrə ixtisaslaşmış “Whois” saytında satışa çıxarılıb.

Karvannews.com TASS-a istinadən xəbər verir ki, buna internet istifadəçiləri rast gəliblər. “Twitter” sosial şəbəkəsinin təsisçisi Cek Dorsi də müvafiq məlumatı öz səhifəsində yerləşdirib.

Adı çəkilən saytdakı elanda satıcının kim olduğu və domenin qarşılığında nə qədər gəlir əldə etmək istədiyi göstərilmir.

“Facebook” bu məlumatı şərh etməyib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top