"Twitter"in işində nasazlıqlar qeydə alınıb

İT texnologiyası 05 oktyabr 2021, 12:30

Dünyanın bir çox ölkəsində “Twitter” mikrobloqun xidmətində nasazlıqlar müşahidə olunur.

Bunu məşhur internet resurslarının işini izləyən “Downdetector” xidməti aşkara çıxarıb.

İstifadəçilər əsasən sosial şəbəkənin saytında və mobil versiyasında, xüsusən də şərh yazma işlərində nasazlıqlar barədə məlumat veriblər.

Şikayətlərin çoxu ABŞ, Kanada, Böyük Britaniya, Fransa və digər ölkələrdən gəlib. Azərbaycanda hələ ki belə bir nasazlıq müşahidə olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top