Pikassonun əsəri 25 milyon dollara satıldı

Mədəniyyət və turizm 11 oktyabr 2021, 18:00

Pablo Pikassonun rəsm əsəri Honkonqda baş tutan hərracda 24,6 milyon dollara satılıb.

Karvannews.com Tass-a istinadən xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

Məlumata görə, tanınmış rəssam 1954-cü ildə yaratdığı “Uzanmış qadın” adlı əsərində həyat yoldaşı Jaklin Roku təsvir edib.

Hərracda həmçinin Vinsent Van Qoqun əsəri 9,1 milyon dollara satılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top