Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Banklar 12 oktyabr 2021, 16:31

Bu il dekabrın 8-9-da Bakı şəhərində V Beynəlxalq Bankçılıq Forumu (BBF) keçiriləcək.

Bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat yayıb.

Bildirilir ki, forum “Nağdsız İqtisadiyyat: Etibarlı, Təhlükəsizlik və Dayanıqlı” mövzusunda “MasterCard” şirkətinin tərəfdaşlığı çərçivəsində keçiriləcək. Tədbir sərgi zalı və sessiyaları ilə onsite keçiriləcək, bununla yanaşı onlayn təqdimatlar və onlayn iştirak imkanı da mövcud olacaq.

Bu tədbir Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir.

"Kifayət qədər tarixə malik olan forum, bütün maraqlı tərəflərin görüşdüyü, yeni fikirlər, təcrübələr, məhsullar təqdim etdiyi, bir -birindən öyrəndiyi, şəbəkə qurduğu və maliyyə texnologiyalarına, rəqəmsallaşmaya, ödəniş ekosisteminə daha dərindən daxil olduğu mükəmməl bir platforma olaraq özünü göstərdi. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün həmişə yeni imkanların olması bizi ilhamlandırır", - ABA-nın məlumatında deyilir .

Qeyd edək ki, BBF və FINTEX Summit Azərbaycanda bütün bankların icraçı direktorlarının iştirak etdiyi yeganə maliyyə tədbirləridir.

Forum tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerlərini, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələrini, akademikləri, tanınmış şirkətləri, qərar qəbul edənləri və inflyuenserləri bir araya gətirir.

Forum çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:

- Rəqəmsal Bank

- Hər Cihazda Bankçılıq

- Platforma Bankçılığı və Rəqəmsal Ekosistem

- İnnovativ Ödəniş Ekosistemi

- Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol

- Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr

- Təkmilləşən Ekommersiya: Artan Tələb

- Komplaynsa Fokuslanma

- Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya

- Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri

Qeyd edək ki, bütün iştirakçıların COVID passportu olmalıdır.

Buradan Azərbaycan Respublikasına daxil olma qaydalarına nəzər sala bilərsiniz.: https://www.azal.az/en/offer/575

Sizi aramızda görməkdən məmnunluq duyarıq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top