Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb

Gündəm 13 oktyabr 2021, 10:25

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Karvannews.com xəbər verir ki, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top