ABŞ qlobal qaz qiymətlərinin volatil olacağını proqnozlaşdırır

Neft qaz 14 oktyabr 2021, 12:44

ABŞ və Avropadakı anbarlarda qaz ehtiyatlarının aşağı səviyyədə olması və mövsümi tələbatda olan qeyri-müəyyənliklər səbəbindən önümüzdəki aylarda "mavi yanacağın" qiymətləri volatil olaraq qalacaq.

Bu barədə Karvannews.com ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir.

"Həm ABŞ, həm də Avropada qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması və mövsümi tələbatın qeyri-müəyyənliyi nəzərə alınmaqla, qaz qiymətlərinin dəyişkənliyinin önümüzdəki aylarda da davam edəcəyini gözləyirik. Qış temperaturu tələbatın və qiymət səviyyəsinin əsas drayveri olacaq", - hesabatda qeyd olunur.

Qeyd edək ki, artıq bir neçə aydır, Avropa anbarlarında doluluq səviyyəsinin aşağı olması və Asiyada qaza tələbatın rekord səviyyədə artması fonunda "mavi yanacağın" qiyməti artır.

Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 900 ABŞ dolları həddini aşıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top