EIA Azərbaycanın neft hasilatı üzrə proqnozuna yenidən baxıb

Neft qaz 14 oktyabr 2021, 14:23

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.

Karvannews.com-un EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza (sentyabr ayında verilib – red.) bərabərdir.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top