"Onlar xalqın ən böyük düşmənləridir" - Tanınmış naşir od püskürdü

Mədəniyyət və turizm 14 oktyabr 2021, 12:11
"Kitab bazarı iflic vəziyyətdədir. Kitab yarmarkalarına geniş şərait yaradılmalıdır".

Bu sözləri Karvannews-a açıqlamasında “Mücrü” nəşriyyatının təsisçisi, yazıçı-naşir Müşfiq Xan pandemiya dövründə Azərbaycanda kitab biznesinin vəziyyəti haqqında danışarkən söyləyib.

"Pandemiya ən çox kitab sənayesini çökdürdü. Bu olduqca məyusedicidir. Bircə çıxış yolu var, kitabla oxucunun təmasını daha asanlaşdırmaq, bununçün çalışmaq".

Naşir sonda bunları əlavə edib:

"Orta statistik Azərbaycan vətəndaşı bir fincan qəhvəyə 6-7 manat xərcləyə bilirsə, demək ayda heç olmasa 2-3 kitab da ala bilər. Bu vətəndaşları kitaba yaxınlaşdırmaq lazımdır sadəcə. Kimlər ki bu işdə maraqlı deyillərsə, onlar bu xalqın ən böyük düşmənləridir".
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top