Bitkoinin qiyməti 60 min dollara yaxınlaşdı

Birja 15 oktyabr 2021, 14:31

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 60 min ABŞ dollarına yaxınlaşıb.

Kriptovalyuta son 24 saat ərzində 3,2 %, son 7 gün ərzində isə 11,2 % bahalaşaraq 59, min 624 ABŞ dollarına satılıb (Bakı vaxtı ilə saat 10:05-ə olan məlumat).

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5 % artaraq 3,8 min ABŞ dollarına çatıb.Nəticədə onun bazar dəyəri 1,1 trilyon ABŞ dollarını keçib.

Kriptovalyuta bazarının toplam dəyəri 2,4 trilyon ABŞ dollarını keçib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top