Azərbaycanın qaz ixracından gəlirləri 56% artıb

Neft qaz 18 oktyabr 2021, 14:02

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 951 453,24 min ABŞ dolları dəyərində 14 927 128,82 min kubmetr təbii qaz ixrac edib.

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 56%, həcmi isə 47% artıb.

Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 702 883,25 min dollar dəyərində 8 994 930,81 kubmetr qaz ixrac edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top