Hicran Hüseynova şəhidin il mərasimində iştirak edib

Gündəm 20 oktyabr 2021, 10:15
Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, hərbi tibb qulluqçusu Eldar Firudin oğlu Abdullayevin Sumqayıt şəhərində il mərasimi keçirilib.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova şəhidin il mərasimində iştirak edib.

H. Hüseynova şəhidin ailəsinə başsağlığı verib, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. Dövlətin şəhid və qazilərimizə göstərdiyi diqqətdən və onlara verilən dəstək barədə məlumat verib.

Deputat Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və rəşadətli ordumuzun torpaqlarımızı düşməndən işğalından azad etdiyini qeyd edib.

Qeyd edək ki, Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Eldar Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top