Tanınmış psixoloq Təranə Paşayevadan 7 saxta dost tipi ilə bağlı özəl AÇIQLAMA

Gündəm 20 oktyabr 2021, 14:57
Tanınmış psixoloq, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva 7 saxta dost tipi ilə bağlı olduqca maraqlı bir açıqlaması ilə diqqəti cəlb edib.

Karvannews.com xəbər verir ki, bu barədə Təranə Paşayeva öz şəxsi “facebook” səhifəsində məlumat paylaşıb.

7 saxta dost tipi:
– Yaxşı gün dostu
Hamının yaxşı tanıdığı dost tipidir. Şənliklərinizdə ən başda yer alır, köməyə ehtiyacınız olan anda telefonlara cavab vermir.
– Sosial istifadəçi
Daha çox gənclik illərinin dostudur. Hər zaman ən populyar və istedadlı insanlara yaxın olmağa can atır. Müdiri ilə dostluq etmək istəyən insanlar da bu kateqoriyadandır.
– Mühakimə edən dost
Ən xırda fürsətdə belə sizi mühakimə etmək üçün onlarla səbəb tapa bilər. Səhvlərinizi ortaya çıxarıb üzünüzə vurmaq ən sevimli peşəsidir.
– Qısqanc dost
Ətrafınızda sizə daima nə qədər şanslı, nə qədər mükəmməl, nə qədər bacarıqlı olduğunuzu deyən biri var? Bu, işinizi, xoşbəxtliyinizi, xarici görünüşünüzü qısqanan dostlarınızdır.
– Sizi özündən yüksəkdə görmək istəməyən dost
Adətən sizi dəstəkləyir, kömək etməyə çalışır. Lakin bunların hər zaman bir limiti var. Əsla ondan daha yaxşı ola bilməzsiniz. İçdən içə özünün qalxa bilmədiyi zirvələrdə sizi də görmək istəmir belə dostlar.
– Dost görünümlü rəqib
Yeni telefon aldınız və dostunuz sizinkindən daha üstün bir marka ilə maraqlandığını vurğuladı? Gitara kursuna yazıldınız və dostunuz konservatoriyaya qəbul olacağından danışdı? Artıq onun dost yox əslində rəqib olduğunu bilirsiniz.
– Manipulyator dostlar
Əksək hallarda uzun müddət dostluq etdiyiniz insanlardır. Zəif nöqtələrinizi, sizdən faydalanmaq üçün nə edəcəklərini yaxşı bilir. Bəzən möhtac, bəzən küsəyən, bəzən aqressiv, bəzən isə yaltaq görünürlər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top