İşğaldan azad olunan ərazilərdə əkin üçün 130 min hektar yer ayrılıb

Kənd təsərrüfatı 21 oktyabr 2021, 11:01

Bu günə olan məlumata görə, Azərbaycanın işğaldan azad olunan rayonlarında (Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Fizuli, Tərtər, Xocavənd və Laçın) çoxillik əkmələr üçün 2 041,8 hektar ərazi ayrılıb.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, qeyd olunan rayonlarda ayrılan ərazilərin 127 477 hektarı əkinlərə yararlı sahələr kimi müəyyən olunub: "Ərazilərin əksəriyyəti minalardan təmizlənməlidir, ondan sonra əkin proseslərinə başlanacaq".

Çoxillik əkmələr və əkin üzrə müəyyən olunan sahələr:

Rayon Çoxillik əkmələr (ha) Əkin sahələri (ha)
Cəbrayıl 425,72 22 559
Qubadlı 186,74 14 148
Ağdam 779,32 32 061
Zəngilan 80,72 9 140
Fizuli 56,173 23 669
Tərtər - 11 400
Xocavənd 513,13 9 300
Laçın - 5 200

DİGƏR XƏBƏRLƏR

Loading
Top