Ağstafada Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin barelyefinin açılışı olub

Gündəm 21 oktyabr 2021, 12:45
Ağstafanın Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin Ağstafa şəhərində adına verilmiş küçənin başlanğıcında barelyefinin açılışı olub.

Karvannews.com xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları barelyefin önünə əklil qoyub, gül dəstələri düzüblər. Çıxış edənlər işğaldan azad olunan Zəngilan şəhərinə ilk bayraq sancan Azər Yusflinin keçdiyi şərəfli ömür və döyüş yolundan, ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından geniş söz açıblar.

DİGƏR XƏBƏRLƏR

Loading
26 noyabr 11:20
Top