ASK-ın üzvləri ilə BMDM-nın magistrantları arasında görüş olub

Gündəm 22 oktyabr 2021, 11:23
UNEC-in 4 saylı tədris binasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvləri ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrantları arasında “Universitet-Sənaye-Dövlət” iş birliyi tədbirlər proqramı çərçivəsində ilk görüş baş tutmuşdur.

Karvannews.com xəbər verir ki, görüşdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru i.f.d., dos. Fariz Əhmədov qonaqları və tədbir iştirakçılarını salamlayaraq onlara Mərkəz haqqında məlumat verdi.

Qeyd edək ki, bu həftədən etibarən hər həftə müxtəlif mövzularda tanınmış iş adamlarının və Azərbaycanın aparıcı şirkətlərində çalışan peşəkar menecerlərin iştirakı ilə BMDM magistrantları arasında görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Görüşlərin məqsədi magistrantlara “Universitet-Sənaye-Dövlət” iş birliyi çərçivəsində əlavə bilik və bacarıqların qazanılmasında, müxtəlif sahələr üzrə ixtisaslaşan iş adamlarının təcrübəsindən yararlanaraq praktiki biliklərinin genişləndirilməsində yardımçı olmaqdır.

İlk həftənin görüşü aşağıdakı məruzəçilərin təqdimatında “İnsan kapitalı rəqəmsal dünyada” mövzusunda gerçəkləşmişdir:
Camid Mövsümov
ASK-nın Menecment komissiyasının sədri
Kamran Kərimli
Umid Babek Operating Company, Talant menecer
Cabir Süleymanlı
“Auxitec Tecnica y Control”şirkətində Əməliyyatlar və İnsan Resursları üzrə Direktor
Tural Məmmədov
ASK-nın “İnsan kapitalı rəqəmsal dünyada” işçi qrupunun rəhbəri, SOCAR, Təlim və İnkişaf Şöbəsinin müdiri

DİGƏR XƏBƏRLƏR

Loading
Top