ARDNF investisiya portfelində qızıl aktivlərinin payını azaldıb

Birja 22 oktyabr 2021, 14:01

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 13,1%-dən (2021-ci ilin iki rübünün nəticələrinə görə) 12,8%-ə enib.

Karvannews.com xəbər verir ki, bu barədə ARDNF-nin 2021-ci ilin doqquz ayının nəticələrinə görə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.

Qeyd edək ki, 2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 1,52% artaraq 44 226,4 mln. ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Loading
26 noyabr 11:20
Top