Bu ilin oktyabrın 1-nə Azərbaycanın bank sektorunda kredit qoyuluşlarının həcmi 15 538,7 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 2,2%, ilin əvvəlindən isə 9,8% artıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 7,2% artıb.