Zəfər bayramına həsr edilən "I Sumqayıt Kitab Sərgisi" keçiriləcək

Mədəniyyət və turizm 29 oktyabr 2021, 17:38

30-31 oktyabr tarixlərində "Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıtda "I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq.

Sərgi "Kimyaçı” Mədəniyyət Sarayında keçiriləcək. Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-na yaxın kitab evi iştirak edəcək.

Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və musiqi proqramlarının keçirilməsi planlaşdırılır. Həmçinin ANİB-in innovativ layihəsi olan "Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. "Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılma aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır. Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək. Bütün kitabsevərlər dəvətlidir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top