Arzu Əliyeva Türkiyədə “Qızıl durna” aldı

Mədəniyyət və turizm 12 noyabr 2021, 22:53
Bu gün Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyinin təsis etdiyi "Korkut Ata" Türk Dünyası Film Festivalı İstanbul şəhərində keçirilib.

Tədbirdə Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov da iştirak edib. Festivalda Azərbaycan tərəfindən Bakı Media Mərkəzi adından mükafatı Arzu Əliyeva alıb. O, "Biz" filminə görə "Altın turna" ("Qızıl durna") mükafatına layiq görülüb.

Mükafatı Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.

Qeyd edək ki, növbəti festival gələn il Bursada, 2023-cü ildə isə Şuşada baş tutacaq. /bakupost.az/
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top