Şuşada bir neçə layihənin maliyyələşdirilməsi üzrə danışıqlar yekunlaşıb

QARABAĞ 15 noyabr 2021, 16:40

Şuşa şəhərində həyata keçirilən bir neçə layihənin tam maliyyələşdirilməsi üzrə danışıqlar yekunlaşıb və hazırda texniki məsələlərin yekunlaşdırılması üzrə işlər aparılır.

Karvannews.com xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə bu layihələr ictimaiyyətə açıqlanacaq.

"Bundan başqa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birlikdə potensial layihələr üzrərində işlər aparırıq. Çox güman ki, yaxın günlərdə yeni layihələr də olacaq", - deyə R. Hacıyev qeyd edir.

O həmçinin əlavə edib ki, bu ayın sonunda Zəngilan rayonunda 40 minə yaxın ağac əkiləcək və bütün xərclər Fond tərəfindən ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top